Avroliqanın ən intizamlı komandası "Qarabağ"dır

26.10.2019 | 6283 dəfə oxunub

Avropa Liqasında qrup mərhələsində 3-cü turun oyunlarında sonra turnirin statistikası açıqlanıb. Stadium.Az xəbər verir ki, keçirdiyi 3 matçda 6 qol vuran "Qarabağ" 48 komanda arasında 8-11-ci pillələri bölüşdürür. Bu baxımdan 10 qolla ən yüksək göstərici “Arsenal”dadır.  “Qarabağ” vurduğu qədər də qapısında top görüb. Yalnız 6 komanda “Qarabağ”dan daha çox qol buraxıb.

Təmsilçimiz Avropa Liqasının ən intizamlı komandasıdır. Futbolçularımız 3 görüşdə cəmi 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb ki, başqa heç bir komandada belə göstərici yoxdur. “Qarabağ” 33 dəfə qayda pozub və 7-cı sıradadır. Əvəzində təmsilçimiz ən çox – 51 dəfə kobudluğa məruz qalıb.

Ağdam klubunun futbolçuları 42 dəfə qapıya zərbə endirib. Bunlardan 18-i çərçivəyə düşüb. Bu da yuxarı göstəricilərdən biridir. Futbolçularımızın zərbəsi 2 dəfə dirəyə tuş gəlib.

“Qarabağ” ən çox paslaşan komandalardandır. 3 matçda 1578 ötürmə edən Qurban Qurbanovun komandası bu göstəricidə 8-cidir. Ötürmələrdən 1362-si dəqiq alınıb. Pas dəqiqliyi 86 faizdir. “Qarabağ”ın orta topla oynama faizi 53-dür.

Abdullah Zubir ən çox zərbə endirən futbolçulardandır. Onun 5 zərbəsinin hamısı qapıya düşüb, bunlardan biri qolla nəticələnib.

Riçard Almeyda ən çox ötürmə edən 5-ci futbolçudur. O, 246 pas verib və bunlardan 219-u ünvanına çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail