"Bakı" - "Qarabağ" matçının vaxtı açıqlandı

10.02.2012 | 4831 dəfə oxunub

Peşəkar Futbol Liqasının (PFL) ölkə ərazisində hökm sürən ağır hava şəraiti ilə əlaqədar çempionatın təqvimində dəyişiklər etdiyi barədə məlumat vermişik. Stadium.az "Bakı" klubunun rəsmi saytına istinadən xəbər verir ki, XIX turun qarşılaşmalarının təxirə salınmasından sonra komanda hazırlıq planlarında da yerdəyişmələr baş verib.

Hazırda komanda "Qarabağ"la oyuna klubun təlim-məşq bazasında hazırlaşır. Bu gün bazanın qapalı meydanında məşqə çıxan futbolçuların istəkli olduğu diqqətləri çəkib. Zədəli futbolçular İbrahim Karqbo və Elvin Əliyev fərdi məşq keçərkən, komanda zalda bir araya gəlib.

Aleksandr Starkov və köməkçiləri əzmkarlıqla çalışan oyunçuların fərdi hazırlığına xüsusi diqqət yetirirdi. Qızınma hərəkətlərinin ardından topla məşğələlərə keçən futbolçular 90 dəqiqəlik məşqi yüksək əhval-ruhiyyə ilə başa vurublar.  

Bir daha xatırladaq ki, təqvimdə yer alan dəyişikliklərə əsasən, "Bakı" fevralın 15-də "Qarabağ"ı qəbul edəcək. Klubun təlim-məşq bazasının stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səslənəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail