"Zirə"nin 20-ci sülhü

31.10.2019 | 5539 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IX turunun “Sabah”la görüşündəki 2:2 hesablı heç-heçə “Zirə” üçün yubileylə əlamətdar olub.

Stadium.az xəbər verir ki, bu, “Qartallar”ın ölkə çempionatının yüksək dəstəsində 20-ci səfər heç-heçəsi kimi tarixə düşüb. Premyer Liqada 2015/16 mövsümündə debüt edən komanda bunadək rəqib meydanlarında keçirdiyi 64 qarşılaşmada 19 dəfə sülhə imza atmışdı.

“Zirə” debüt mövsümündə 7, 2016/17 mövsümündə 5, 2017/18 mövsümündə 4, 2018/19 mövsümündə 3 dəfə səfərdən 1 xalla qayıdıb. Cari çempionatda isə “Sabah”la matçda ilk səfər bərabərliyi qeydə alınıb. Bunlardan 10-da 1:1, 8-də 0:0, 2-də 2:2 hesabına təsadüf olunub. 8 komandanın meydanında bərabərlik qeydə alınıb.

“Neftçi” və “Qəbələ”nin meydanında daha çox – 4 dəfə heç-heçəyə nail olan “Qartallar” “Keşlə” ilə 3, “Qarabağ”, “Sumqayıt”, AZAL və “Kəpəz”lə 2, “Sabah”la 1 dəfə brəabərə qalıb. “Zirə”nin Premyer Liqada ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da “Kəpəz”lə oyunda qeydə alınıb – 1:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail