"Zirə" və "Sumqayıt" 18-ci duelə doğru

01.11.2019 | 5438 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında X turun oyunları keçiriləcək.

Stadium.az xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş rəqiblərin Azərbaycan çempionatları çərçivəsində 18-ci duel olacaq.

Bu qarşılaşmalarda “Qartallar” daha çox – 10 qələbə qazanıb. 3 matçda 1 xal əldə edən qəsəbə təsmilçisi yalnız 4 dəfə uduzub. Son 4 qarşılaşmada meydanı qələbə ilə tərk edən "Zirə" top fərqində də üstünlüyə malikdir. Rəqib qapısından 23 top keçirən komanda 13 qol buraxıb. “Sumqayıt”la görüşlərdə “Qartallar”ın ən məhsuldar oyunçuları Aleksandr Dedovla Vüsal İsgəndərlidir. Bu futbolçular hərəyə 3 dəfə fərqləniblər.

Öz meydanında 9-cu dəfə “Gənclik şəhəri” təmsilçisini qəbul edəcək “Zirə” əvvəlki görüşlərdə 6 qələbəyə sevinib. “Doğma divarlar” arasında bir heç-heçə və bir məğlubiyyəti olan zirəlilər qonaqların qapısından 14 top keçirib, 6-nı buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail