"Hər iki hissədə oyunun nəzarəti bizdə idi. "

02.11.2019 | 5867 dəfə oxunub

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqanın 10-cu turunda "Keşlə" ilə oyundan sonra  mətbuat konfransı keçirib:

- Əvvəlcədən bilirdik ki, hansı rəqibə qarşı mübarizə aparacağıq. "Keşlə" az top buraxan, son vaxtlar yaxşı formada olan komandadır. Buna görə də matça ciddi hazırlaşmışdıq. Hər iki hissədə oyunun nəzarəti bizdə idi. Hətta ilk hissədə qol da vurduq. İndi dəqiq deyə bilmərəm ki, orda qayda pozuntusu var idi, yoxsa yox. Videotəkrara baxandan sonra fikir söyləmək olar. Bu gün hər iki komanda əziyyət çəkdi. Fərq ondadır ki, rəqib bizdən daha çox istirahət etmişdi. Buna görə futbolçularımızda son 15 dəqiqədə yorğunluq vardı. Bu da normaldır. Həm oyundan, həm də nəticədən razı qaldım.

- Mirabdulla Ababsov son 2 matçda sonradan meydana çıxır, əvəzində 21 yaş limitində 2 futbolçu - Turan Vəlizadə və Elçin Rəhimlini oynadırsınız. Mirabdullanın ehtiyatda qalması taktiki gedişlə bağlıdır, yoxsa hazırda yaxşı formada olmaması ilə?

- Elçin "Qarabağ"la matçı yaxşı keçirmişdi. Buna görə dəyişikliyə əl atmaq istəmədik. Hər iki futbolçuya diqqət yetiririk. Elçinin start heyətində meydana çıxmağı məşqdəki əziyyətinin nəticəsidir. Ancaq Mirabdullaya da ehtiyacımız car. Bilirsiniz ki, ehtiyat qüvvəmiz geniş deyil. Buna görə də hər bir futbolçu bizim üçün vacibdir.

- Kapitan Eltun Yaqublunu əvəzləyəndən sonra onunla görüşmədiniz. O, ehtiyat oyunçular skamyasında da qalmadı, birbaşa paltardəyişmə otağına yollandı. Aranızda problem var?

- Yox. Həmin anda məşqçilərimizlə məsləhətləşirdim. O, məni görmədi. Diqqət yetirsəniz, sonradan görüşdük. Ehtiyat oyunçular skamyasında oturmamağı isə soyuqla bağlıdır. Xəstələnməməsi üçün paltardəyişmə otağına yollanmasını daha məqsədəuyğun saydıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail