"Son illər Azərbaycan kimi zəif rəqib görməmişdim" - Slovakiyalı veteran futbolçu

22.11.2019 | 5757 dəfə oxunub

Uzun illərdir ki, Azərbaycan kimi zəif rəqib görməmişdim. İlk yarıda onları müdafiəyə sıxmışdıq". 

Stadium.az xəbər verir ki, bu sözləri slovakiyalı veteran futbolçu Ladislav Yurkemik ölkəsinin mətbuatına açıqlamasında deyib. 1976-cı ildə Çexoslovakiya milli komandasının heyətində Avropa çempionu olmuş 66 yaşlı keçmiş müdafiəçi Avro-2020-nin seçmə mərhələsinin son turunda yığmamızın Slovakiyaya uduzduğu (0:2) görüş haqda danışıb. O, millimizin bərbad oynadığını bildirib: "Azərbaycan millisinin çıxışı sadəcə dəhşət idi. Onlar fasiləyə qədər meydanın mərkəzini keçə bilmədilər. Bu çox pis idi. Digər tərəfdən millimiz Uelsin Macarıstana qalib gəldiyini bildikdən sonra bilərəkdən tempi aşağı saldılar. Bundan sonra tribunada bəzi azarkeşlər komandanı fitə basmağa başladılar”.

Slovakiyanın rəqibləri haqda da danışan Yurkemik yığmamızın üzvlərini futbolçu yox, turist adlandırıb: "Belə oyunla Azərbaycan heç 6-cı səbətə də daxil olmamalıdır. Bizim futbolçular onların səhvindən yararlana bilmədilər. Əslində 3-4 qol vura bilərdik. Rəqib haqda onu deyə bilərəm ki, onlar futbolçu yox, turistdilər



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail