"Qəbələ"nin "Neftçi" ilə 51-ci dueli

23.11.2019 | 5681 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 12-ci tur davam edir. Stadium.Az xəbər verir ki, “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçını “Neftçi”yə qarşı keçirəcək.

“Qırmızı-qaralar” Bakıda qüvvəsini sınayacaq. Paytaxtın 8-ci km stadionunda baş tutacaq matç iki rəqib arasında 51-ci oyun olacaq. İndiyədək komandalar 50 dəfə üz-üzə gəliblər.

Bu qarşılaşmalarda 17 qələbə qazanıb, 12 heç-heçə edən “Qəbələ” 21 dəfə uduzub. 131 qolun vurulduğu matçlarda paytaxt təmsilçisi üstünlüyə malikdi – 67:64.

Əvvəlki 50 görüşdən 5-i Azərbaycan kuboku, 45-i Premyer Liqa çərçivəsində keçirilib. Çempionat matçlarında 16 qələbəsi olan “qırmızı-qaralar” 9 heç-heçə edib və 20 dəfə məğlub olub. Bu qarşılaşmalarda əyalət təmsilçisi 57 qol vurub, 61-ni buraxıb.

25-ci dəfə “Neftçi”nin qonağı olacaq “Qəbələ” səfər oyunlarında üstünlüyə malikdi. Hər komandanın 9 qələbə qazanıb, 6 heç-heçə etdiyi görüşlərdə “Qəbələ” futbolçuları 32 qol vurub, 29-nu buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail