Aftandil Hacıyev: "Komandada bu çatışmır"

23.11.2019 | 6649 dəfə oxunub

"Bugünkü matç maraq doğururdu. İki komanda da turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq istəyirdi. Həm qol epizodları, həm də qollar çox oldu".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib

"Heyətdə bəzi problemlərimiz var. Hücumçular Ağabala Ramazanov və Mirabdulla Abbasov zədəlidir. Son məğlubiyyətdən sonra az oynayanlara şans verdik. İkinci dövrə bizim üçün çətin oldu. İlk dövrə yaxşı keçirdi. Çalışacağıq ki, vəziyyəti yaxşılaşdıraq. Qış vasiləsində rəhbərliyin qərarlarından çox şey asılıdır. İddialı olacağıqsa, heyət güclənməlidir" - deyə o bildirib.

38 yaşlı mütəxəssis bildirib ki, komandada rəqabət istənilən səviyyədə deyil: "Şəhriyar Rəhimov yığmada iki oyun 90 dəqiqə meydanda oldu. Çox yorğun idi. Digər mövqelərə baxanda müdafiədə rəqabət var".

Baş məşqçi oyunun qırılma anının Adil Nağıyevin qırmızı vərəqə alması olduğunu vurğulayıb: "Təcrübəli futbolçular belə anlarda daha yaxşı çıxış etməlidir. Komandada bu çatışmır. Çünki gənc oyunçular çoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail