Tərlan Əhmədov: "Bizə böyük dərs oldu"

24.11.2019 | 5673 dəfə oxunub

"Zirə” layiqli qələbə qazandı. Uşaq səhvlərindən 3 qol buraxdıq. Hansısa arxayınlıq var idimi, onu deyə bilmərəm. Görünən odur ki, komanda oyuna tam köklənə bilməyib. Bu baş verməli idi. Çünki 7 tur idi uduzmurduq. Bu, bizə böyük dərs oldu”.

Stadium.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 12-ci turunda “Zirə”yə uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında deyib. O, penalti epizodu ilə bağlı da fikirlərini bildirib: “Söz vermişəm ki, hakimlik haqda danışmayacam. Əgər uduzmuşuqsa, penaltimizi verməyibsə, qapımıza penalti veribsə... Bizim futbolçuları hər dəfə əvəzləmə zamanı məcbur edirlər ki, yaxın yerdən çıx. Artıq qərar verilib. Məğlub olmuşuq, yalnız oyunumuz barədə düşünürəm. Hakim səhv edə bilər. Bəzi şeylər qarşılıqlı olmalıdır. Bizə məcbur edilənlər, rəqibə də olmalıdır. Sezarın qırmızı vərəqəsinə gəldikdə isə belə hərəkətlər nə hakim, nə də biz tərəfdən bağışlanır. Daxili kodeksə uyğun addım atılacaq”.

Tərlan Əhmədov adının “Millinin baş məşqçisi vəzifəsinə sizin də adınız hallanır. Təklif olarsa, qəbul edərsiniz” sualını belə cavabllandırıb: “Adımın hallanması xoşdur. Amma “Keşlə” ilə müqaviləm var. Başladığım işi sona qədər davam etdirməliyəm. Düşünürəm ki, milliyə daha təcrübəli məşqçi lazımdır. Biz millini dirçəltməyə çalışmalıyıq. Bunun üçün də çox nüanslar lazımdır. İllərlə görüləsi məsələdir. Şəxsən mən yerli və təcrübəli mütəxəssis istərdim”.

T.Əhmədov qarşıdan gələn “Sumqayıt” və “Qarabağ”la görüşlər haqda da danışıb: “Son turlarda məğlub olmurduq. Həddən artıq həyəcanlı idim. Dünənki toplantıda da futbolçulara da xəbərdarlıq edirdim. Sınma nöqtəsi ola bilərdi. Uduzsaq da, irəli ümidlə baxmalıyıq. Məğlubiyyət varsa, gələcəkdə qalibiyyət də olacaq. Sadəcə, düzgün nəticə çıxarmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail