“Qarabağ”ın 7-ci qış çempionluğu

25.11.2019 | 5848 dəfə oxunub

Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib. Qış fasiləsinə iki tur qalmış “Qarabağ”ın liderliyi əldən verməyəcəyi dəqiqləşib. Bu, XII turun görüşlərindən sonra rəsmiləşib.

Ağdam klubu səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzsa da, bu turadək komandanın ən yaxın izləyicisi “Keşlə” də məğlub olub. Bakılılar səfərdə “Zirə”yə 1:3 hesabı ilə yenilib. Nəticədə fasiləyə iki tur qalmış 8 xallıq fərq dəyişməz qalıb. Düzdür, son turda “Qəbələ”yə qalib gələrək (4:1) ikinciliyi ələ keçirən “Neftçi” xal hesabında “Qarabağ”a çatmaq imkanına malikdir.

Lakin şəxsi oyunlarda (2:0, 0:0) üstün olan “köhlən atlar” 2019-cu ili zirvədə başa vuracağını rəsmiləşdirib. Bu, “Qarabağ”ın tarixində 7-ci qış çempionluğudur. Ağdamlılar 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində ili lider kimi başa vurub. Rekord isə “Neftçi”yə məxsusdur. Bakılılar 8 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19) yeni ili lider kimi qarşılayıb. “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “İnter” adlandığı vaxt indiki “Keşlə” (2008/09, 2009/10, 2012/13) hərəyə üç dəfə qış çempionu olub. Digər 5 komandanın bir belə uğuru var: “Xəzri” (1995/96) “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07), “Olimpik” (2007/08). Qeyd edək ki, ilk iki mövsümdə - 1992 və 1993 mövsümlərində qış çempionu olmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail