Məhsuldarlıq rekordu

26.11.2019 | 1518 dəfə oxunub

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb. XII turun 4 oyununda qapılara 16 top vurulub.

Bütün komandaların qol sevinci yaşadığı turda “Neftçi” “Qəbələ”ni 4:1, “Sabah” “Səbail”i, “Zirə” “Keşlə”ni eyni – 3:1, “Sumqayıt” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib. Orta məhsuldarlıq 4-ə bərabər olub. Bunadək mövsümün rekordu IX tura təsadüf etmişdi.

14 qolun vurulduğu vaxt orta göstərici 3,50-yə bərabər idi.

Sonuncu dəfə bu rəqəmin 4 və ya daha yüksək olması ötən mövsümün XXIII turunda qeydə alınıb. Həmin vaxt 16 qol vurulub, məhsuldarlıq 4-ə bərabər olub. Ötən mövsümkü mütləq rekord isə XI tura məxsusdur – 17 qol (4,25).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ