"Düdelanj" - APOEL görüşünün hakimi dəyişdirildi - "Qarabağ"a görə

26.11.2019 | 1562 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Düdelanj" - APOEL oyununun hakimlərini dəyişdirib.

Stadium.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, görüşü İtaliya Futbol Federasiyasından Canluka Rokki idarə edəcək. Ona həmyerliləri Giorgio Peretti və Giorgio Shenone köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Paolo Valeri yerinə yetirəcək. 

Bundan əvvəl sözügedən görüşdə Türkiyə Futbol Federasiyasından Halis Özkahya baş hakim təyin olunmuşdu. Lakin APOEL rəhbərliyi dərhal bu qərara rəsmi etiraz etmişdi. Onlar türkiyəli bir hakimin Avropa arenasında ilk dəfə Kipr klubunun matçına təyinatını qəbul etmədiklərini bildiriblər. Kipr klubunun tələbində Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər də qabardılıb. Bu təyinatın əsas rəqibləri olan "Qarabağ"ın lehinə ola biləcəyi vurğulanıb. Bütün bunları nəzərə alan UEFA kiprlilərin etirazını qəbul edib və türkiyəlilərin əvəzinə təyinat italyanlara həvələ olunub. 

"Düdelanj" - APOEL görüşü noyabrın 28-i keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ