Keçmiş "Qarabağ"lının ürək ağrıdan durumu

27.11.2019 | 1251 dəfə oxunub

Latviya millisinin sabiq futbolçusu, bir vaxtlar Azərbaycanda “İnter” (indiki “Keşlə), “Qarabağ” və "Simurq"da oynamış Andrey Rubins ağır vəziyyətdə yaşayır.

Stadium.az xəbər verir ki, bu haqda “Metta” futbol klubunun baş katibi Qirts Mixelsons sosial şəbəkə hesabında məlumat yayıb. O, Rubinsin yemək almaq üçün pul tapa bilmədiyini yazıb: “Onun millidəki əla karyerasından sonra həyatı enişə doğru getdi. Bir neçə klub və dostları Andreyin əməliyyat olunmasına yardım etdilər. Hazırda bizim Rubins yaşamaq üçün pul tapa bilmir”. Mixelsons "Twitter"də sabiq futbolçunun bank hesabının nömrəsini də yazaraq, ona yardım edilməsini xahiş edib.

41 yaşlı keçmiş vinger Latviya millisində ən çox oyun keçirən (117 matç, 10 qol) iki futbolçudan biridir. O, AÇ-2004-ün final mərhələsinin iştirakçısı olub. Rubins "Skonto", "Spartak" (Moskva), "Kristal Pelas" kimi klublarda çıxış edib. O, 2008-ci ildə ölkəmizə gəlib. Veteran oyunçu "İnter", "Qarabağ" və "Simurq"da oynayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ