Sezarın cəzası azaldıldı, “Zirə”nin cəriməsi ləğv olundu

02.12.2019 | 5301 dəfə oxunub

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Stadium.Az xəbər verir ki, yığıncaqda “Zirə” və “Keşlə”nin müraciəti ilə bağlı qərar qəbul olunub.

“Zirə” tərəfindən verlmiş apellyasiya şikayəti qismən təmin edilib. X turun “Sumqayıt”la görüşündə qəsəbə təmsilçisi oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə 800 manat cərimə olunmuşdu. Bu qərar qüvvədə saxlanılıb. Ancaq ikinci hissə ev sahibləri üzündən 2 dəqiqə gec başladığına görə klubun 2400 manat cərimə olunması qərarı ləğv olunub.

“Keşlə”nin şikayəti də qismən təmin edilib. XII turun “Zirə” ilə matçının 60-cı dəqiqəsində Sezar Meza Kollinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı 1-ə endirilməklə qalan 2 qarşılaşmada cəzadan şərti olaraq azad edilib.

“Transfer pəncərəsi” dövrü istisna olmaqla mövsümün növbəti üç ayı ərzində futbolçu qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv ediləcək, indiki cəzanın çəkilməmiş iki oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail