Zaur Həşimov: «AZAL-a qol vursam, çox sevinərəm»

19.11.2010 | 3428 dəfə oxunub

2 gün sonra «Qarabağ» Premyer Liqanın XIV turu çərçivəsində  AZAL-la qarşılaşacaq. Cari mövsümə uğurla  başlayan «təyyarəçi»lərlə görüşdə Ağdam klubunun tək hədəfi qalibiyyətdir. Çempionatın ilk yarısında qolsuz bərəbərliyə razılaşan tərəflərin mücadiləsində «Qarabağ» bu dəfə 3 xala köklənib.  Komandanın 2007-ci ildən məğlub olmadığı rəqibini məğlub etməklə xal fərqini minimum endirmək istəyir. «Qarabağ» - AZAL qarşıdurmasında heç şübhəsiz ən yadda qalan məqam 2007-2008-ci mövsümünün sonuncu turuyla bağlıdı. O vaxt «Olimpik» adlanan komandaya «Qarabağdan bir xalın alınması  çempionluq üçün kifayət edirdi. Amma ağdamlılardan Zaur Həşimovun 85-ci dəqiqədə vurduğu qol «Olimpik»in tarixində ilk dəfə «qızıl» medallara sahib çıxmasını əngəllədi.  Zaur hazırda da komandanın uğurları üçün tər tökür. Görəsən, Zaur AZAL-la oyuna hansı hisslərlə çıxacaq: «AZAL-la oyuna adi oyunlar kimi hazırlışarıq. Amma qələbə bizim üçün daha vacibdi. AZAL cari mövsüm olduqca uğurlu  çıxış edir. 2007-08-ci illər  mövsümündə vurduğum qola gəlincə. O, qol çox baxımlı alınmışdı. Həm də o vaxtdan AZAL-a uduzmamağımız  bizə heç də əlavə üstünlük vermir. Özü də o qoldan sonra çempionatda fərqlənə bilmirəm. Düzdü, o vaxtlar yarımmüdafiədə çıxış edirdim, qola daha yaxın olurdum. İndi sadəcə künc zərbəsi zamanı qol vurmaq imkanım olur. Amma komandanın qələbəsi üçün heç də mənim qol vurmağım vacib deyil. İnşallah, sabah qələbə qazanarıq. Təbii ki, qol vurmaq imkanım olsa, buna çox sevinərəm».

rn

 

rn

Zaur Həşimovun vurduğu həmin möhtəşəm qol

rn

rnrnrnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail