“Neftçi”nin ev antirekordu

18.12.2019 | 5966 dəfə oxunub

“Neftçi” Azərbaycan kubokunda ardıcıl 3-cü ev məğlubiyyətini alıb. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, bakılılar 1/4 finalın ilk oyununda “Sumqayıt”a 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi bundan əvvəl öz meydanında keçirdiyi son iki qarşılaşmada da məğlubiyyətə üzülüb.

“Ağ-qaralar” 2018/19 mövsümündə 1/4 finalda “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olub. 2017/18 mövsümündə yarımfinala qədər irəliləyən “Neftçi” öz meydanında “Qəbələ”yə yenilib – 1:3.

Bakılıların evdə uduzmadığı son kubok görüşü 2 il əvvələ təsadüf edib. 2017/18 mövsümünün 1/4 finalında “Zirə” üzərində 2:0 hesablı qələbə əldə olunub.

Bu, klub tarixində yeni antirekorddur. “Ağ-qaralar” 27 ildir daimi iştirakçısı olduğu yarışda bunadək ardıcıl üç ev qarşılaşmasında məğlubiyyət almamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail