"Səbail" iki futbolçusu ilə yollarını ayırıb

10.01.2020 | 1248 dəfə oxunub

"Səbail" klubu iki futbolçusu ilə yollarını ayırmağı qərara alıb. Stadium.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssis ukraynalı müdafiəçi İqor Korotetski ilə vidalaşdıqlarını, Vüqar Beybalayevə isə klub tapması üçün müraciət etdiklərini bildirib.

Hacıyev Korotetski ilə danışıqlarının yekunlaşdığını vurğulayıb: "Sadəcə, rəsmiləşməsi qalıb. Ona müəyyən məbləğdə borcumuz var. Ödədikdən sonra vidalaşacağıq. Vüqar Beybalayev isə Türkiyədəki təlim-məşq toplanışında iştirak etməyəcək. Yevgeni Koçukun bizimlə müqaviləsi mövcuddur, lakin hazırda ölkəsindədir. Onun da komandadan getmək ehtimalı var. Bu məsələ açıq olaraq qalıb".

Gənc məşqçi mövsümün ikinci yarısı üçün transfer etmək istədiklərini sözlərinə əlavə edib: "Toplanışda daha çox baxışa dəvət etdiyimiz futbolçulara diqqət ayıracağıq. Heyətə büdcəmizə uyğun oyunçular cəlb etmək istəyirik. Onların aralarında əcnəbilərdə ola bilər. Yerlilərdən Orxan Əliyev baxışda olacaq.

"Səbail" daha öncə Mirabdulla Abbasov ("Neftçi": İcarədən göndərilib), Ağabala Ramazanov ("Zirə") və Elvin Yunuszadə ilə yollarını ayırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ