"Kəpəz" - "İnter" matçı rəqəmlərlə

15.02.2012 | 4873 dəfə oxunub

“İnter” və “Kəpəz” komandaları 2004-cü ildən bu günədək 7 dəfə qarşılaşıblar. Stadium.az "İnter"inrəsmi saytına istinadən xəbər verir ki, 7 oyundan 4-də “İnter” qalib gəlib, 2 dəfə heç-heçə qeydə alınıb və yalnız 1 oyun gəncəlilərin xeyrinə başa çatıb.

Maraqlıdır ki, ötən mövsüm baş tutmuş “Kəpəz” - “İnter” oyununda vurulan yeganə qələbə qolun müəllifi Samir Zərgərov olub. Bu qarşılaşmalarda vurulan və buraxılan qollar arasındakı fərq 11-3 "İnter"in xeyrinədir.

Komandaların qarşılaşmalarında ən çox qeydə alınan hesab 1:0-dır. Bu hesab 7 oyundan 3-də müşahidə edilib. “İnter” - “Kəpəz” qarşılaşmasında qeydə alınan ən böyük hesab 5:0-dır, "İnter" gəncəlilərə bu hesabla 2006-2007-ci il mövsümündə qalib gəliblər.

“Kəpəz”in “İnter”ə qarşı keçirdiyi ev oyunlarının balansını da qeyd edək. Belə ki, Gəncədə baş tutmuş 3 oyundan 1-də hesab ev sahiblərinin xeyrinə olub, 1 oyunda sülh imzalanıb və 1 dəfə “İnter” Bakıya 3 xalla dönüb. Bu oyunlarda vurulan və buraxılan toplar arasında fərq bərabərdir - 3:3. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail