Jelko Sopiç: "14 günlük Antalya toplanışından tam razı qaldım"
"Antalya toplanışı çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Moskva “Spartak”ının gənclərdən ibarət komandası ilə 2:2 hesablı heç-heçə etdik. Bu matçda əsasən gənc futbolçulara şans verdik. Oyunun əvvəlindən sonuna kimi müxtəlif taktiki gedişləri sınaqdan keçirdik. Marko Deviç, Rəşad Eyubov və Məhəmməd Mirzəbəyov 90 dəqiqə meydanda oldular. Şadam ki, oyunu zədəsiz başa vurduq. Bu matçda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Ancaq yoxlama oyunlarında nəticə vacib deyil”.
Stadium.Az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Jelko Sopiç Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Spartak” klubunun əvəzedici komandası ilə son yoxlama oyunundan (2:2) sonra deyib.
Sopiç təlim-məşq toplanışı barədə də fikirlərini bildirib: “14 günlük Antalya toplanışından tam razı qaldım. Burda olduğumuz müddətdə hava şəraiti çox yaxşı oldu. Toplanışda planlaşdırdığımız hər şeyi həyata keçirə bildik. Futbolçularımız yaxşı hazırlıq keçdilər və onlardan tələb olunanı tam yerinə yetirdilər. Fikrimcə, bu hazırlıq müddətinin komandaya çox xeyri dəyəcək”.
Antalya toplanışında əsas komandaya bir neçə gənc futbolçu da qoşulmub. Türkiyədəki hazırlıqda çempionatımızdakı gənc futbolçu limitinə uyğun 10 gənc futbolçu iştirak edib. Sopiç gənc futbolçuların çıxışından razı qaldığını bildirib: “Antalya toplanışına 10 gənc futbolçuyla yollanmışdıq. Sevinirəm ki, yoxlama oyunlarında onların hər birinə şans verə bildik. Fikrimcə, onlar bu şansdan yaxşı yararlandılar. Ceyhun Nuriyev yoxlama oyunlarında 2 qol vurdu. Şans qazandığı qarşılaşmalarda yaxşı oynadı. Ancaq digər gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Onlar gələcəkdə də “Sabah”ın əsas komandasında şans qazana bilərlər. Bu cür gənc oyunçulara sahib olduğumuz üçün şadam”.
Sopiç sonda çempionatın ikinci yarısına olan gözləntiləri barədə danışıb: “Hazırda Cavid İmamverdiyevin və Amadu Diallonun kiçik zədəsi var. Lakin onların çempionatın ikinci yarısının startına kimi tam hazır olmaq üçün kifayət qədər vaxtları var. Həmin vaxta kimi biz var qüvvəmizlə hazırlaşmalıyıq. Düşünürəm ki, ilk oyuna kimi tam hazır olacağıq. İnanıram ki, çempionatın ikinci yarısında daha yaxşı futbol sərgiləcəyəcək və liqada daha yaxşı pillədə qərarlaşacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |