“Zirə”nin Antalya toplanışı: 2 qələbə, 1 məğlubiyyət

22.01.2020 | 6103 dəfə oxunub

Mövsümün ikinci yarısına hazırlığı Türkiyədə gerçəkləşdirən “Zirə” Antalya toplanışını başa vurub. Stadium.Az xəbər verir ki, Zaur Həşimovun baş məşqçisi olduğu komanda qonşu ölkədə üç yoxlama oyununda qüvvəsini sınayıb.

Yanvarın 11-də Türkiyənin “Ümraniyespor” klubu ilə görüşən “qartallar” 0:3 hesabı ilə uduzub. Beş gün sonra Rumıniyanın “Sepsi”, ayın 21-də isə Serbiyanın “Napredak” komandaları ilə görüşən “Zirə” hər iki qarşılaşmada eyni hesabla qalib gəlib – 2:0. İlk oyunda hər iki qola Riçard Qadze imza atıb. Serbiya təmsilçisi ilə görüşdə də toplardan birini qanalı vurubsa, digər qol yeni transfer Davit Volkovun hesabındadı.

Ümumilikdə, 3 oyunda 2 qələbə qazanan “Zirə” 1 dəfə məğlub olub. Rəqib qapılarına 4 dəfə yol tapan qəsəbə təmsilçisi 3 qol buraxıb. Komandanın qollarına iki oyunçu imza atıb. Qış bombardiri Riçard Qadze 3, Davit Volkov isə 1 dəfə fərqlənib. Afrikalı bir toplanışda 3 qol vuran ilk futbolçu olub.

Tarixində 10-cu dəfə toplanış üçün Türkiyəyə yollanan “Zirə”nin keçirdiyi beynəlxalq yoxlama oyunlarının sayı 29-a çatıb. Bu matçlarda 13 dəfə qalib gələn “qartallar” 5 heç-heçə edib, 11 dəfə uduzub. 40 qol vuran “Zirə” 28 top buraxıb.

Beşinci dəfə qış fasiləsini qonşu ölkədə gerçəkləşdirən “Zirə” 14 dəfə xarici klublarla üz-üzə gəlib. Bu matçlarda heç-heçə qeydə alınmayıb. 8 qələbəsi olan komanda 6 dəfə uduzub. Qışda 15 qol vuran “Zirə” eyni sayda top buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail