Ovusu Kvabena: "Qarabağ"dan təklif gələndə burada heç kimi tanımırdım"

24.01.2020 | 5972 dəfə oxunub

“Qarabağ”a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq xəyalım idi”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Ovusu Kvabena klubun rəsmi saytına açıqlamasında deyib.

Ağdam təmsilçisinə keçidi haqda danışan qanalı hücumçu azarkeşlərin ondan nə gözlədiyini yaxşı bildiyini qeyd edib: "Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın ardıcıl 6 dəfə çempion olmuş komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələn ən yaxşısını edəcəyəm.

“Qarabağ”dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, komanda iki il öncə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi. Gənc futbolçuyam və bu, mənim üçün əla imkandır. Öz şəxsi hədəfim haqda heç nə deməyəcəyəm. Məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşirlər ki, mən necə futbolçuyam. Ümid edirəm ki, oyunumla özümü onlara sevdirəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail