“Qəbələ”nin “Keşlə” ilə 52-ci dueli

02.02.2020 | 954 dəfə oxunub

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. Stadium.Az xəbər verir ki, “Qəbələ” 2020-ci ildə ilk rəsmi oyununu bu gün keçirəcək. “Qırmızı-qaralar” 3-cü dövrəyə ev matçı ilə başlayacaq. Komanda Qəbələ şəhər stadionunda “Keşlə”ni qəbul edəcək.

Bu, rəqiblər arasında 52-ci duel olacaq. “Qəbələ” ilk dəfə 2006-cı ildə qarşılaşdığı paytaxt təmsilçisi ilə indiyədək 51 dəfə üz-üzə gəlib. 16 qələbə qazanan “qırmızı-qaralar” 17 heç-heçə edib, 18 dəfə məğlub olub. Rəqib qapısından 53 top keçirən bölgə futbolçuları 67 qol buraxıblar. Komandanın “Keşlə”yə qarşı oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiç rəqib qapısına 5 dəfə yol tapıb.

51 matçdan 46-sı çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənibsə, 16 matçda bakılılar qalib gəlib. 46 qol vuran “qırmızı-qaralar” 60 top buraxıb.

“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdi. Öz meydanındakı 25 görüşdə 8 qələbəsi olan komanda 11 heç-heçə edib və 6 dəfə uduzub. “Qırmızı-qaralar” top fərqində də üstündü – 27:26.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ