Elmar Baxşıyev: "İlk yarıda komanda şəklində istədiyimiz bir az alınmadı"

03.02.2020 | 920 dəfə oxunub

“Təlim-məşq toplanışından sonra çempionatda ilk oyunumuz idi. İki fərqli hissə izlədik". Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 15-ci turunda bu gün "Keşlə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "İlk yarıda komanda şəklində istədiyimiz bir az alınmadı. Komanda toplanışda gördüyümüz oyunu ikinci hissədə göstərməyə başladı. Bunun səbəbi ilk oyun olmasıdır. Ola bilər ki, yoldaşlıq görüşləri ilə rəsmi matçlar arasında bir az fərq var. Ona görə bunu həyəcanla əlaqələndirərdim. İnanırıq ki, komanda qışa qədər göstərdiyi futbolu nümayiş etdirməyə davam edəcək. Premyer Liqanın ən gənc komandasıyıq. Heyətimiz əsasən akademiyanın yetirmələrindən qurulub. Biz komandaya inanırıq. Daha da yaxşı oyun göstərib qələbələr qazanacağıq. Çempionatda mümkün qədər yüksək yer tutmağa çalışacağıq. Kuboka hələ çox var bu haqda düşünmürük”.

Baxşıyev heyətin yeni futbolçu ilə gücləndirilə biləcəyini də qeyd edib: “Heyətimiz geniş deyil. Ehtiyat qüvvəmiz azdır. Hər məşqçi komandada rəqabətin artmağını istəyər. Oyunçular rəqabət olduqca öz üzərində işləyib artırırlar. Komandaya yeni hücumçunun qoşulacağı gözlənilir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ