Boyan Pavloviçlə Pavel Doroşevin quru seriyası uzanır

17.02.2012 | 4838 dəfə oxunub

“Qarabağ” Premyer Liqanın cari mövsümündə ardıcıl 5 oyun qol buraxmayan ilk komanda oldu. Stadium.az xəbər verir ki, 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqdan sonra qapısından qol buraxmayan ağdamlılar XX turun “Bakı” ilə qarşılaşmasında seriyasını 5-ə çatdırıb. Serbiyalı qapıçı Boyan Pavloviçi sonuncu dəfə “Neftçi”nin braziliyalı legioneri Flavinyo məyus edib. Onun 83 gün əvvəlki matçın 88-ci dəqiqəsində vurduğu qoldan sonra serbiyalı qapıçı 452 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır.

Digər legioner qapıçı – “Qəbələ”nin latviyalı futbolçusu Pavel Doroşev də artıq 400 quru dəqiqə səddini arxada qoyub. O, sonuncu dəfə XV turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la oyununda qapısından qol buraxmışdı. Həmin matçın 39-cu dəqiqəsində qol sevincini Samir Abasov yaşamışdı. “Sumqayıt”la oyundan sonra 4 matçda qapısını toxunulmaz saxlayan Doroşev “Simurq”la səfər oyununda quru seriyanı 411 dəqiqəyə çatdırdı.


Qapıçılar Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün 660 dəqiqəlik seriyaya malik olmalıdırlar.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail