Konqo Demokratik Respublikası millisinin üzvü "Səbail"ə baxışa gəlib

10.02.2020 | 911 dəfə oxunub

"Səbail" klubu baxışa yeni futbolçu çağırıb. Stadium.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bir müddətdir Bakıda olan Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidi bu gün "dənizçilər"lə ilk məşqinə çıxacaq:

"Mabidi birbaşa müqaviləyə yox, baxışa gəlib. Bu gün komanda ilə birlikdə ilk məşqinə çıxacaq. Futbolçu ilə bağlı qərar verməyə tələsmirəm. Özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq".

Son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi bu komandada 91 oyuna 7 qol vurub. Afrikalı futbolçu karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien" klublarının formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan Mabidi yığmada 23 oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ