Elmar Baxşıyev: "İnanıram ki, nəticələr qazanacağıq"

16.02.2020 | 777 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail” – “Qəbələ” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Qış fasiləsindən sonra start nəticə baxımından yaxşı alınmır. Amma oyun planında komandadan razıyam. Heyətə yeni qoşulanlar var. Onların uyğunlaşması üçün müəyyən vaxt lazımdır ki, komanda daha baxımlı oynasın. Hesabı açandan sonra 3 qol buraxmağımızı sırf müdafiəçilərlə bağlamazdım. Bütün komanda şəklində müdafiə olunmağı bacarmırıq. Bizim üçün önəmli fiqur olan İbrahima Niasse gedəndən sonra bir az çətinlik çəkirik. Bu komanda oynamağı bacarır və potensiala malikdir. İnanıram ki, bir müddətdən sonra daha yaxşısını edib, nəticələr qazanacağıq. İlk gündən çalışmışam ki, hücum futbolu oynayaq. Öz fəlsəfəmi də bunda görürəm. İstəməzdim ki, 90 dəqiqə müdafiədə oturub, bir şansın ümidinə qalsın. Futbol gözəlliyi sevir və gözəl futbolla nəticə qazanmaq istəyirik. Hakimlik normal idi. Bir az oyunçularıma iradlarım var ki, konsentrasiyanı itirdilər və lazımsız vərəqələr aldılar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.03.2020

28.03.2020

27.03.2020

26.03.2020

25.03.2020

24.03.2020

23.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ