Aftandil Hacıyev: "11 oyun qələbə qazana bilməməyimizə önəm vermirəm"

16.02.2020 | 5351 dəfə oxunub

"Oyun həqiqətən də hər iki komandanı həyəcana salmışdı. Bu gərginlik meydanda da hiss olunurdu. Lakin əvvəlki oyunlarımız davamını gətirəcəyimizə ümid verirdi. Futbolçularımız yaxşı oyun və nəticə ilə ümidlərimizi doğrultdular".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, uzun müddət qələbəsizlik seriyasından sonra ardıcıl ikinci oyunda 3 xal qazanmalarını belə şərh edib: "Mövsümün ilk yarısında da pis çıxış etmirdik. 11 oyun qələbə qazana bilməməyimizə önəm vermirəm. Yaxşı oyun bizim qələbəmiz idi. Heç-heçələr sayəsində qazandığımız xallar bizə mübarizəni davam etdirməyə imkan verir. Futbolda "qara zolaq"lar da mümkündür. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərmək istəyir. Qarşıda çətin oyunumuz var. "Sabah" da son 2 turda qələbə qazanıb. Bu oyunu tezliklə unudub qarşıdakı matça hazırlaşmalıyıq".

Zədəli futbolçuların durumundan danışan Hacıyev yeni transfer Rauf Əliyevin çıxışını da dəyərləndirib: "Əvəzetmələrdə ehtiyatlı olmalı idik. Uzun müddətdən sonra Eriko Da Silvanı meydana buraxdıq. Peyman Keşavarz zədəli idi. Rauf Əliyevin vəziyyəti pis deyil. Digər oyunçuları Bahadur Həziyevi ilk dəfə Premyer Liqada kəşf etdik. Tezliklə qalan futbolçularımızın da meydana dönməsi önəmlidir. Yeni transferimiz Lema Mabididə 6 ay oynamadıqdan sonra praktikasının çatışmadığı aydındır. Özü də çalışqandır və komandaya fayda verəcəyini düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail