Zaur Həşimov: "Bəzi səhvlər etdik, 4 qol buraxdıq"

22.02.2020 | 5636 dəfə oxunub

“Oyuna əlimizdə olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi".

Stadium.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Keşlə” ilə oyundan sonra mətbuat konfransında deyib.

O, 0:4 hesablı məğlubiyyəti belə şərh edib: "Bəzi səhvlər etdik, 4 qol buraxdıq. Üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey "qara zolağ"a düşməkdir. Mən bundan qorxurdum. Komanda şəklində müdafiə olunmaq lazımdır. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundankənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, ofsayddı".
 
Zaur Həşimov ardıcıl 3 oyunda uduzmalarını heyətin zəngin olmaması ilə əlaqələndirib: "Əvvəlki matçlarda qırmızı vərəqələr oldu. Heyət kasaddır. Biz hazırda yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq. Məğlubiyyətlər bizi sarsıdır, amma mübarizə aparmağa çalışacağıq. 4-cü yer uğrunda sona kimi vuruşacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail