Qurban Qurbanovdan milliyə qayıtmasına yaşıl işıq - "Mən tam azadam"

24.02.2020 | 5984 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 18-ci turunda  “Sumqayıt”la oyundan (1:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Gərgin oyun oldu. Hər iki komanda yaxşı futbol göstərdi. Vacib 3 xal qazandıq. Çempionatın hər oyunundan sonra digərinə daha ciddi yanaşmalı və diqqətli olmalıyıq. Futbolçularımı təbrik edirəm.

- Mahir Emreli iki sarı vərəqə ilə meydandan qovuldu. Siz də çılğın reaksiya göstərdiniz. Onunla söhbətiniz olacaq?

- Hər bir futbolçu ilə söhbətimiz olur. Orda baxmaq lazımdır ki, sarı vərəqələr var idi, ya yox. İlk epizodla bağlı fikrim yoxdur, ikincidə topa toxunmuşdu. Çox bəsit “sarı”lar oldu. Həmişə futbolçulara sarı vərəqələrə görə etiraz bildirmişəm. Hər oyunçu meydanda aqressiv olur. Bu dərəcədə sadə şəkildə vərəqə vermək olmaz. İdmanda bir az aqressiya normaldır. Mahirə etirazımı bildirdim ki, “sarı”n var idi, ehtiyac yox idi.

- “Sumqayıt” sizi nə iləsə təəccübləndirdi?

- Oyunlarımız həmişə gərgin keçir. Belə oyun gözləyirdik. İkinci hissədə daha rahat idik. Xeyli qol imkanımız oldu. “Sumqayıt” çempionatın ən yaxşı komandalarından biridir. Orda bir-birinə uyğun futbolçular toplaşıb. Ayxan müəllim sistemi oyunçulara görə qurub. Onların oyun üslubunu, futbolçuların potensialını bilirdik. Buna uyğun hazırlaşmışdıq. Oyundan oyuna daha təhlükəli “Sumqayıt” görürük.

- Ovusunun oyunu sizi qane edirmi?

- Normal idi. Bir neçə epizodda daha dəqiq oynaya bilərdi. Onun meydana çıxması sürəti artırdı. Bu, son dəqiqələrdə çox vacib idi. Sonradan meydana çıxan futbolçuda hər dəfə yaxşı alınmır. Amma özünü yaxşı tərəfdən göstərdi. Ona inanırıq. Qarşıdakı oyunlarda özünü daha yaxşı tərəfdən göstərəcəyini düşünürəm.

- Ramil Şeydayevin Azərbaycana qayıdışını necə qiymətləndirirsiniz?

- Mənim üçün çətin sualdır. Hamımız istərdik ki, xaricdə oynayan futbolçularımızın sayı daha çox olsun. Bəzən situasiyaya görə belə addım atılır. Oyun praktikası çox vacibdir. Əvvəldən belə bir istəyi olsaydı, yanvarda dərhal  Azərbaycana gələrdi. Yəqin bir neçə variantı olub, amma alınmayıb. Onun böyük potensialı var. İşgüzarlığına görə həmişə ondan razı qalmışıq. İnkişaf üçün oynamaq lazımdır, amma daha yüksək səviyyəli çempionatlarda çıxış etməsini istərdik. Düşünürəm ki, yaxın ətrafı dərindən fikirləşib və ən yaxşı qərarı veriblər.

- Yaş limiti oyunçuları ilə bağlı tez-tez rotasiyalar edirsiniz. Bu, nə ilə bağlıdır?

- Daha çox rəqibə uyğun qərar veririk. Bundan başqa, hər bir futbolçuya oynamaq imkanı yaratmaq istəyirik. Bu, onların böyüməsi üçün imkan ola bilər. Gənclərimizin hər birinin böyük potensialı var. Onlara Rəşad Sadıqovun uşaqları deyirəm. Hamısını o tapıb. İmkanım olsa, hamısını meydana buraxaram. Amma birdəb-birə belə etmək düzgün olmaz. İstərdim ki, gələcəkdə hamısı əsas komandanın futbolçusu olsun.

- Rəşad Sadıqovun milli komandaya məşqçi və ya baş məşqçi gedişi ilə bağlı söhbətlər var. Elxan Məmmədovla görüşdüyü deyilir. Fikriniz necədir?

- Bütün məlumatlar yazılıb. Təkliflərdən biri Rəşaddır. İctimaiyyət belə rəy bildirib. Düşünürəm ki, bu, elə-belə deyil. Onun futbolda qoyduğu iz, ona olan hörmət və inama görə belə rəy formalaşıb. Hər biri sağ olsun ki, gənc məşqçimizə belə inanırlar. Tək Rəşada yox, digər cavan məşqçilərimizə də inam var.

- Sizin Elxan Məmmədovla görüşünüz olubmu?

- Mən görüşməmişəm.

- Milli komandanın toplanışına az qalıb. Ancaq baş məşqçi hələ dəqiqləşməyib. İctimaiyyət sizin yığmaya qayıtmağınızı istəyir...

- Mən tam azadam. “Qarabağ”ın baş məşqçisiyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail