Qurban Qurbanov: "Son vaxtlar səhvlər daha çoxdur, hakimlər daha gərgindirlər"

29.02.2020 | 5622 dəfə oxunub

“1 xal qazandıq. Xallarımızın üzərinə 1 xal da gəldi”. Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sabah”la evdə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis rəqibin 90 dəqiqə müdafiə olunduğunu bildirib: "Belə rəqibə qarşı çoxlu qol epizodu yaratmaq çətindir. Amma xeyli sayda şansımız oldu. Futbolçular çox əziyyət çəkdilər, 90 dəqiqə ərzində oyun intizamını qorudular. Tam ideal oyunu göstərmək mümkün deyil. Bəzi səhvlərin olması normal haldır”.

Qurbanov oyunun sonlarında sayılmayan qol epizodu barədə də danışıb: "Hakimdən başqa hamı dedi ki, təmiz qoldur. Hətta rəqib komandanın nümayəndələri də. Daha diqqətli olmalıdırlar. Bizim qapımız qarşısında da belə hal olsa, ədalətli qərar istəyərik. Son vaxtlar səhvlər daha çoxdur, hakimlər daha gərgindirlər. Gəncdirlər, daha diqqətli olmalıdırlar. Yəqin ki, bunun üzərində çalışırlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail