Abbasov: "İnter"lə oyuna uduzmağa getmirik"

18.02.2012 | 6118 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə “İnter"lə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Stadium.az xəbər verir ki, son turda "Neftçi" ilə matçda ilk rəsmi oyununa çıxan yeni transfer Yasin Abbasov klubun rəsmi saytına açıqlama verib.

Futbolç açıqlamasında bunları dilə gətirib: "Neftçi" ilə oyuna yaxşı başladıq. Birinci hissədə rəqibdən heç də geri qalmırdıq. Lakin 45+2-ci dəqiqədə qapımızdan buraxdığımız qol komandaya pis təsir göstərdi. İkinci yarıya rəqib daha sürətli başladı. Onlar meydanda daha istəkli tərəf idi. Fasilədən sonra oyunumuz ümumiyyətlə alınmadı. Bunun məntiqi nəticəsi kimi qapımızda daha iki qol görüb oyundan məğlub olduq. İlk rəsmi oyunuma gəldikdə, komandaya Antalyadakı toplanışda qatılmışdım.

"Jetusi" ilə ilk yoxlama görüşündən başqa, Türkiyədə baş tutan üç qarşılaşmada meydana çıxmışdım. Bakıda "Rəvan"la keçirilmiş yoxlama oyununda isə cəmi 15 dəqiqə oynaya bilmişdim, zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdım. "Neftçi" ilə qarşılaşmada öz oyunumu göstərə bilmədim. Tez bir zamanda tam hazır vəziyyətə gələcəyimə inanıram".

Abbasov qarşıdakı "İnter"lə oyun haqqında da fikirlərini bildirib: "İnter" Azərbaycan çempionatının ən güclü klublarından biridir. Oyun üslubuna görə çox seçilirlər. Lakin biz "İnter"lə görüşə məğlub olmağa getmirik. "Neftçi" ilə oyundan sonra fasiləsiz hazırlığımızı davam etdiririk. Komandada əhval-ruhiyyə yüksəkdir. Bu qarşılaşmadan ən azından bir xalla ayrılacağımızı düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail