"Qəbələ" - "Sumqayıt": 32-ci duel

07.03.2020 | 499 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək. Stadium.Az xəbər verir ki, “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın ev matçı bu rəqiblə 32-ci görüş olacaq.

İndiyədək komandalar 31 dəfə üz-üz gəlib. Əvvəlki matçlarda “Qəbələ” 18 qələbə qazanıb, 9 heç-heçə edib və 4 dəfə məğlub olub. Rəqib qapısından 49 top keçirən “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda yubiley – 50-ci qola imza ata bilər. Komanda “Sumqayıt”la görüşlərdə 24 qol buraxıb. Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.

“Qırmızı-qaralar” Sumqayıtın eyniadlı təmsilçisi ilə 30 dəfə çempionat, 1 dəfə kubokda görüşüb. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 9 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən futbolçular 24 qol buraxıb.

16-cı dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında keçirdiyi 15 oyunun 11-də qələbə qazanıb. 3 heç-heçə edən meydan sahibləri 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 26:9.

Sabah Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ