Elmar Baxşıyev: "Bu komanda futbol oynamağı bacarır"

07.03.2020 | 5815 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sumqayıt" üzərində 5:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu hesab bizim üçün də gözlənilməz oldu. "Sumqayıt"ın heyətində yaxşı futbolçular var. Çox təhlükəli komandadır. Həftə ərzində nəyin üstündə hazırlaşmışdıqsa, bu gün futbolçularım onu da göstərdi. Bu da bizi sevindirməyə bilməz.

- "Neftçi" ilə ötən ev oyununda azarkeşlər sizi istefaya səsləmişdi. O şüarlar sanki komandanızı silkələyib.

- Açığı, o istefa şüarlarını normal qarşıladıq. Nəticə olmayanda, azarkeşlərin o cür şüarlar qışqırması normaldır.

- Deyirsiniz ki, həmin hadisənin təsiri olmadı.

- Olmadı. Əvvəldən bilirdik ki, qış fasiləsindən sonra bizə bir az çətin olacaq. İki aparıcı futbolçumuz komandanı tərk elədi və yeni gələnlər adaptasiya prosesi keçdiyi üçün istədiyimiz nəticələri qazana bilmirdik. Vaxt keçdikcə, nəticələrimiz düzəlir. Mən əvvəl də demişəm ki, bu komanda futbol oynamağı bacarır, potensialı var və daha artığını etməyə qadirdir



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail