Premyer Liqada 31-ci, evdə 20-ci

09.03.2020 | 441 dəfə oxunub

“Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”ı qəbul edib. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ev oyununda 5:0 hesabı ilə qalib gəlib.

Bu, komandanın cari mövsümdə ən böyükhesablı qələbəsidir. “Qəbələ” həm də mövsümün gedişində öz meydanında 5 və daha çox top fərqilə qalib gələn ilk komandadır.

Ümumiyyətlə isə “Qəbələ” tarixində 53-cü böyükhesablı qələbəsini qazanıb. Bunlardan 36-sı evdə qeydə alınıb.

Premyer Liqada əldə olunan üç və ya daha çox top fərqi ilə olan qələbələrin sayı isə 31-ə çatıb. Bunlardan 20-si ev matçlarına təsadüf edib.

“Qırmızı-qaralar” cari mövsümdə Premyer Liqada 3-cü belə qələbəsini qazanıb. XI turda “Səbail”, XIII turda “Zirə”ni qəbul edən komanda hər iki rəqibi üç cavabsız qolla məğlub edib. “Sumqayıt” üzərində qələbə isə mövsümdə hamısı evdə olmaqla 3-cü böyükhesablı olub. Bununla da “Qəbələ” özünün 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Həmin vaxt da komanda Premyer Liqada keçirdiyi ev oyunlarında 3 fərqli qalibiyyət alıb. “Qırmızı-qaralar” öz meydanında daha bir böyükhesablı qələbəyə nail olsa, mütləq rekord gerçəkləşəcək.

“Sumqayıt”la oyun “Qəbələ”nin 5 və ya daha çox top fərqilə qalib gəldiyi ümumilikdə 10-cu, Premyer Liqada 5-ci matçdır. İndiyədək komanda yalnız bir dəfə Premyer Liqadakı ev qarşılaşmasında daha böyük fərqlə qalib gəlib. Bu, 2015/16 mövsümünün “Xəzər Lənkəran”la görüşünə təsadüf edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ