Gerye: "Onların mənə görə virusa yoluxmalarını istəmirəm"

29.03.2020 | 5272 dəfə oxunub

"Hazırda Bakıdayam. Düşünürəm ki, vətənimə getsəydim, orada da atam, anam, bacım və qardaşımla birlikdə karantində olacaqdım".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Donald Gerye koronavirusla necə mübarizə aparmasından danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, günün çox hissəsini evdə keçirir: "Səhər yuxudan oyanıb dua edir, ardınca isə idmanla məşğul oluram. Duş qəbul etdikdən sonra səhər yeməyini yeyirəm və uşaqlarımı yaxınlıqdakı parka aparıram. Orada onlarla 1 saat oynayıb, evə qayıdırıq. Evdə isə ailəmlə Haiti oyunu olan "Lago kache" oynayırıq. Əllərimi gün ərzində tez-tez yuyuram və insanların çox olduğu yerlərə getmirəm".

31 yaşlı oyunçu ailə üzvlərini virusa yoluxdurmamaq üçün evdə qalmağa üstünlük verdiyini söyləyib: "

Çətin olsa da, daha çox evdə qalmağa çalışıram. Onların mənə görə virusa yoluxmalarını istəmirəm. Çünki ailə üzvlərim bütün gün evdə olurlar. İctimai yerlərə getsəm, xəstələnə və virusu evə gətirə bilərəm. Hətta bundan xəbərim belə olmaz. Bu yoluxma ölümə də səbəb ola bilər. Belədə isə özümü bağışlaya bilmərəm. Buna görə də ən yaxşısı evdə qalmaq və mənim üçün dəyərli olan insanlarla vaxt keçirməkdir"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail