Qara Qarayev: "Hamı karantini evdə keçirsə, bu xəstəliyə qalib gələ bilərik"

30.03.2020 | 3438 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Qara Qarayev klubun rəsmi "Facebook" səhifəsində canlı yayımda bir sıra suallara cavab verib. Stadium.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi tezliklə bu virusun bitəcəyini və məşqləri bərpa edəcəklərinə inandığını bildirib:

"Yaxşı ki, varsınız, bizimləsiniz. Son zamanlar dünyada baş verən məsələ ilə bağlı danışmaq yox, məsləhətlərimi vermək istəyirəm. Mən də #evdəqal aksiyasına qoşulmuşam. Bütün günü evdə oluram. Məşqlərimə evdə davam edirəm. Sizə də məsləhətim odur ki, evdə qalın, sağlam olun. O demək deyil ki, yalnız özümüzü qoruyaq. Bununla həm də cəmiyyətimizdəki digər insanları qoruyursunuz. Sizdən xahşim odur ki, evdə qalın. Hamı karantini evdə keçirsə, bu xəstəliyə qalib gələ bilərik. Səbrli olun, evdəkiləri qoruyun, Allah amanında olun”

Qarayev "Komandaya hücumçu lazımdırmı" sualına belə cavab verib: "Hər mövqeyə oyunçu lazımdır, xüsusən də hücumçuya gərək var. Düşünürəm ki, klubun bu işlə məşğul olan heyəti daim axtarışdadır".

Təcrübəli yarımmüdafiəçi hazırkı şəraitdə avrokuboklarda uğurlu çıxış barədə düşünməyi məqsədəuyğun saymayıb: "Biz avrokuboklarda ölkəmizə, millətimizə komanda olaraq uğurlar qazandırmağa çalışmışıq. Avropa kubokları barədə danışmaq üçün tezdir. Sabah necə olacağını heç kim bilmir. Çempionat bərpa olunduqdan sonra bu barədə danışmaq olar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail