Ayxan Abbasovun şans verdiyi 25 futbolçu - SİYAHI

14.04.2020 | 5012 dəfə oxunub

“Sumqayıt” Azərbaycan Premyer Liqasının geridə qalan 20 turundakı göstəriciləri ilə bağlı statistikanı açıqlayıb.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, komanda 20 oyunu 6 qələbə, 5 heç-heçə və 9 məğlubiyyətlə yekunlaşdırıb. Həmin qarşılaşmalarda 24 qol vurub, öz qapısında isə 32 top görən “Sumqayıt” 23 xalla 4-cü pillədə qərarlaşıb.

Baş məşqçi Ayxan Abbasov 20 tur ərzində 25 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan üçü – Mehdi Cənnətov (19 oyun, 1710 dəqiqə), Peyman Babayi (19 oyun, 1627 dəqiqə) və Əmir Ağayev (19 oyun, 1623 dəqiqə) komandamızın heyətində ən çox oyun keçirənlərdir. Qeyd edək ki, mövsümün gedişində 21 yaş limitinə uyğun 6 futbolçu iştirak edib. Onlar Elvin Cəfərquliyev (17 oyun, 1332 dəqiqə), Süleyman Əhmədov (16 oyun, 969 dəqiqə), Səbuhi Abdullazadə (13 oyun 752 dəqiqə), Rüfət Abdullazadə (3 oyun, 35 dəqiqə), Murad Xaçayev (2 oyun, 172 dəqiqə) və Nəbi Məmmədovdur (1 oyun, 2 dəqiqə).

Komanda 20 turda 24 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 24 qoldan 7-ni Peyman Babayi vurub.

O, hazırda komandasının tək, çempionatın isə şərikli bombardiridir. Mehdi Şərifi 5 dəfə (16 oyun, 1086 dəqiqə), Əmir Ağayev 4 dəfə (19 oyun, 1623 dəqiqə), Rəhim Sadıxov 3 dəfə (15 oyun, 1002dəqiqə), Elvin Cəfərquliyev 2 dəfə (17 oyun, 1332 dəqiqə), Sərtan Taşqın (18 oyun, 1269 dəqiqə) və Xəyal Nəcəfov isə (9 oyun, 436 dəqiqə) hərəyə bir dəfə qapını dəqiq nişan alıb. Yerdə qalan 1 qol isə avtoqol nəticəsində vurulub.

Mehdi Cənnətov – 19 oyun (1710 dəqiqə)
Peyman Babayi – 19 (1267)
Əmir Ağayev – 19 (1623)
Sərtan Taşqın – 18 (1269)
Elvin Cəfərquliyev – 17 (1332)
Cəmaləddin Xocaniyazov – 16 (1440)
Şəhriyar Əliyev – 16 (1423)
Mehdi Şərifi – 16 (1086)
Elvin Bədəlov – 16 (1047)
Süleyman Əhmədov – 16 (969)
Amil Yunanov – 16 (438)
Vüqar Mustafayev – 15 (1346)
Rəhim Sadıxov – 15 (1002)
Səbuhi Abdullazadə - 13 (752)
Vurğun Hüseynov – 11 (990)
Aleksey İsayev – 11 (987)
Xəyal Nəcəfov – 9 (436)
İlqar Qurbanov – 4 (61)
Rail Məlikov – 3 (226)
Elgün Nəbiyev – 3 (65)
Rüfət Abdullazadə - 3 (35)
Murad Xaçayev – 2 (172)
Aydın Bayramov – 1 (90)
Ehtiram Şahverdiyev – 1 (18)
Nəbi Məmmədov – 1 (2)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail