"Xəzər Lənkəran" - "Neftçi" görüşləri üçün darıxmışam" - Rəşad Abdullayev

25.04.2020 | 4722 dəfə oxunub

Stadium.az Millimizin keçmiş yarımmüdafiəçisi, hazırda "Neftçi-2"nin məşqçisi olan Rəşad Abdullayevin müsahibəsini təqdim edir.

- Karantin dövrü necə keçir?

- Ancaq evdə oluruq. Qaydalaraq əməl etməyə çalışırıq.

- Futbol adamları daha çox keçmiş oyunlara baxaraq vaxtını keçirir. Bəs sən necə?

- Sizin sayt vasitəsi ilə mən də köhnə oyunlara baxıram. Adamda nostalji hislər yaradır. Evdə olduğumuz bu dönəmlər belə oyunlar yerinə düşdü.

- Daha çox hansı rəqiblə görüşlər üçün darıxmısan?

- "Xəzər Lənkəran" - "Neftçi" görüşləri üçün çox darıxmışam. Gənc vaxtlarımda "Xəzər Lənkəran"da, daha sonra isə "Neftçi"də çıxış etmişəm. Ən yaxşı vaxtlarım da elə bu iki klubda olub.

- "Xəzər Lənkəran"da çıxış etmək daha çətin idi, yoxsa onlara qarşı oynamaq?

- "Xəzər Lənkəran"a qarşı oynamaq mənə çox çətin idi. O dövrdə bu klubların bir-birinə qarşı necə mübarizə apardığını hər kəs bilir. Hər iki klubda oynamaq asan deyildi. Həm məsuliyyət çox idi, həm də daim rəqabət olurdu.

- "Xəzər Lənkəran"dan ayrılmağına nə vaxtsa peşman olmusan?

- Peşman olmuşam deməzdim. Çünki "Neftçi" kimi böyük kluba keçmişdim. Uşaq futbolun da bu klubda oynamışam. Amma "Xəzər Lənkəran"dan ayrılmaq çox çətin idi. Ən yaxşı vaxtlarımı orda keçirmişdim. Məncə, o zaman artıq ayrılmaq vaxtı çatmışdı. Düşünürəm, düzgün seçim etmişəm.

- Rəşad, əksəriyyət düşünür ki, indi o dövrdəki rəqabət yoxdur. Səncə, bu nədən irəli gəlir?

- Məncə də elədir. O vaxtlar həm klublar çox idi, həm də 6-7 klub çempionluq üçün oynayırdı. Bakıda oynamaq rahatdı. Amma regionlarda oynayanda təzyiq olurdu. Belə vəziyyətdə oyunçular da inkişaf edirdi. İndi güclü oyunçular azdı. Bölgələrdə klublarımız çox olsa yaxşı olar.

- "Qarabağ" ardıcılı 7-ci çempionluğa doğru gedir. Səncə, "Qarabağ" çox güclüdür, yoxsa digər rəqiblər zəifləyib?

- "Qarabağ" neçə illərdi heyətini stabil qoruyub saxlayır. Komandanın gücü göz qabağındadır. Amma digər klublarda stabillik çatmır. Tez-tez məşqçi dəyişikliyi, oyunçu dəyişikliyi olur. Eyni oyunçu və eyni baş məşqçi klubda nə qədər çox olsa, stabillik olar, yaxşı nəticələr də tez gələr.

- Getdikcə yaxşı yerli oyunçuların sayı azalır. İndi sizin vaxtınızda olan Mahmud Qurbanov, Zaur Tağızadı, Vidadi Rzayev kimi futbolçularımız yoxdur. Səncə, bununun səbəbi nədədir?

- Adı çəkilən futbolçular ölkə futbolu üçün çox iş görüblər. Düzdü, elə yerli oyunçulardan əziyyət çəkirik, amma istedadlı oyunçularımız da az deyil. Sadəcə daha çox məsuliyyətli olub, üzərlərində çox işləməlidilər. Arxayınlaşmaq olmaz. Bir də oyunçuların inkişafı üçün güclü rəqabət olmalıdır.

- Rəşad, karyeranı bitirəndən sonra sanki bir qədər kənara çəkildin. Özün belə istədin, yoxsa belə alındı?

- Karyeramı bitirəndən sonra özüm bir müddət ara verdim və sonra məşqçilik karyerasına başladım. Hazırda "Neftçi-2"də Mahmud Qurbanovun köməkçisi kimi çalışıram. Artıq 3 ildi "Neftçi"də işləyirəm və çalışıram futbolumuza fayda verəm.

- "Neftçi" uzun müddətdir qızıl medallara həsrətdi. Keçmiş klubunda çempionluq üçün nə çatmır?

- Hər zaman istəmişəm "Neftçi"ni çempion görüm. Buna layiqdilər. Artıq komandada irəlləyiş var. Çempionluq uğrunda mübarizədə inamlı görünürlər. Belə davam etsələr, tezliklə arzuladığımız çempionluq olacaq. (Sportinfo.az)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail