"Qəbələ"də 5 het-trik, 1 poker, 1 penta-trik

02.05.2020 | 4858 dəfə oxunub

“Qəbələ”nin tarixində 7 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qola imza atıb. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, bunlardan birində penta-trik, birində poker, digər beşində isə het-trik qeydə alınıb.

Bu qarşılaşmaların hamısında “qırmızı-qaralar” böyük hesabla qələbə qazanıb. Belə məhsuldarlıq 4 ev və 3 səfər oyununa təsadüf edib. Premyer Liqada 3, Azərbaycan kubokunda 2, Avropa Liqası və birinci dəstənin hərəsində bir dəfə belə hal yaşanıb.

İlk belə hadisə də aşağı liqaya təsadüf edib. 2005/06 mövsümündə birinci dəstənin bombardiri olan Rövşən Əhmədov “Energetik”in qapısına 5 qol vuraraq klub tarixinin hələlik yeganə penta-trikini rəsmiləşdirib.

Yeganə pokerin müəllifi isə Vitali Balamestnıdır. O, Premyer Liqanın Sumqayıtdakı görüşündə “Gənclərbirliyi”nin qapısından dörd top keçirib.

İlk het-trikin müəllifi Vüsal Qarayev Azərbaycan kubokunda fərqlənibsə, Premyer Liqada bunu bacaran ilk futbolçumuz Fərzad Hatəmidir. Hərçənd poker iranlının het-trikindən daha tez qeydə alınıb. Sonradan Filip Ozobiç kubokda, Baqali Dabo Premyer Liqada klub tarixinin 2-ci het-trikini gerçəkləşdirib.

Avrokuboklardakı yeganə belə uğurun sahibi Teo Uiksdir. O, Gürcüstan “Samtredia”sı ilə qarşılaşmada bombardirlik keyfiyyətini nümayiş etdirib.

“Qəbələ”də penta-trik

Rövşən Əhmədov

10.05.2006. Birinci dəstə. “Gilan” – “Energetik” – 6:0

“Qəbələ”də poker

Vitali Balamestnı

11.11.2007. Premyer Liqa. “Gənclərbirliyi” – “Qəbələ” – 0:6

“Qəbələ”də het-triklər

Vüsal Qarayev

10.10.2006. Azərbaycan kuboku. “Gilan” – “Şahdağ” (Quba) – 6:0

Farzad Hatəmi

17.06.2008. Premyer Liqa. MOİK – “Qəbələ” – 0:3

Teo Uiks

30.06.2016. Avropa Liqası. “Qəbələ” – “Samtredia” – 5:1

Baqali Dabo

10.09.2016. Premyer Liqa. “Neftçi” – “Qəbələ” – 0:8

Filip Ozobiç

29.11.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Mil-Muğan” – 8:0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail