"Məşqlərə özümü həvəsləndirə bilmirdim" - "Sabah"dan ayrılan futbolçu

04.05.2020 | 4697 dəfə oxunub

“Koronavirusla bağlı vəziyyət və Azərbaycan klubu ilə yaya qədər olan müqavilə bu qərarı verməyimə təsir etdi". 

Stadium.az xəbər verir ki, bu sözləri "Sabah"ın sabiq hücumçusu Marko Deviç “zurnal.rs” saytına açıqlamasında deyib. Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Ukrayna millisinin keçmiş üzvü artıq yaşının çox olduğunu və məşqlərə əvvəlki kimi həvəsli olmadığını bildirib: "37 yaşlı insan digər şeylər – həyat və idman çətinlikləri haqqında düşünməyə başlayır. Amma bu məsafədə artıq yarım saat sonra məşqə başlamağım, saat 15:00-da stadiona getməyim üçün özümü həvəsləndirə bilmirəm. Burda maksimum səviyyədə necə oynaya bilərəm? Digər tərəfdən ailəm var. Oturdum, fikirləşdim və futbolla vidalaşdım. Ancaq sadəcə meydanda. Ölkə xaricində 16 ildən çox karyera gözləmirdim. Bunun üçün xoşbəxt və qürurluyam, bunlar mənim üçün böyük şeydir. Çox gözəl xatirələrim oldu”. Deviç gələcək planları ilə bağlı isə bunları deyib: “Əvvəlcə bir az fasilə verməliyəm. Futbolda idarəçilik işində ola bilərəm, bu baxımdan, digər imkanlara da baxacam. Şahmat oynamağı da sevirəm. Əvvəlcə menecer, sonra məşqçi olacam. A kateqoriyalı lisenziyam var, ən yüksək məşqçilik kursuna qatılmağı planlaşdırıram. Səyahət menecer həyatının ayrılmaz hissəsidir. Bu, məşqçilikdən daha az streslidir”. 

Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən Deviç bu mövsümün qış fasiləsində yenidən "Sabah"a transfer olunmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail