AFFA-dan videoyazıya əsasən "Neftçi"nin üzvünə sərt cəza

22.02.2012 | 5320 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda Premyer Liqanın ötən turunda baş vermiş qayda pozuntuları müzakirə olunub və aşağıdakı qərarlar qəbul edilib.

Azərbaycan Premyer Liqasının XXI turunun “İnter” –  “Sumqayıt” matçının 35-ci dəqiqəsində “İnter” klubunun 21 №-li futbolçusu Arif Daşdəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanı, klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXI turunun “Simurq” –  “Bakı” matçının 62-ci dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Lukas Mario Horvat əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXI turunun “Qarabağ” –  “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 90+1-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Əli İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının  XXI turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXI turunun “Neftçi” – “Rəvan” matçının videoyazısını izlədikdə oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidovun təhqiredici  hərəkətlər etdiyi aşkar edilib. Bu səbəbdən də adıçəkilən futbolçu  3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq ediləcək. Futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.



  #2   Adınız: Efqan;   E-mail: ---

23.02.2012 08:54

he arada men de esitdim ki Nerimanovda qizilcasi tutufmus.
Sonra ozune gucle gelib

  #1   Adınız: baki azarkesi;   E-mail: [email protected]

23.02.2012 07:52

bu usak deyesen yene qizilca tutacak,vaxti catib

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail