“Neftçi” mütləq rekordçudur

18.05.2020 | 4942 dəfə oxunub

Azərbaycan Premyer Liqasının cari mövsümündə ən çox qol vuran komanda “Qarabağ”dır. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, çempionatın lideri 20 oyunda 34 dəfə fərqlənib.

Yarışın 28 illik tarixində isə bundan üçqat yüksək nəticəyə də təsadüf olunur.

1992-ci ildən keçirilən çempionatın mütləq rekordu elə həmin ildə qeydə alınıb. “Neftçi” mövsümü – 104 qolla başa vurub. Həmin çempionatda daha bir komanda – Sumqayıt “Xəzər”i də 100 qol səddini fəth edib. Bu iki göstəricidən başqa 100 və daha çox qol vuran komanda olmayıb. 3-cü nəticə də 98 qol sevinci yaşayan “Neftçi”yə məxsusdur.

Azərbaycan çempionatında mövsüm ərzində ən çox qol vuran 5 komanda

1. “Neftçi” (1992) – 104

2. “Xəzər” S (1992) – 100

3. “Neftçi” (1996/97) – 98

4. “Kəpəz” (1998/99) – 91

5. “Kəpəz” (1995/96) – 84

1992-ci ildə 100 qol səddinin keçilməsində oyun sayının çoxluğu da rol oynayıb. Lakin bu, məhsuldarlığın yüksək olmasına şübhə yeri qoymur. Hər halda 100 və daha çox qol vuran hər iki komanda orta göstəricidə ən məhsuldar “beşlik”də yer alır. Mütləq rekord isə “Neftçi”nin 1996/97 mövsümündəki göstəricisidir. Həmin vaxt “ağ-qaralar” hər oyunda 3,27 qola imza atıb. “Şəmkir”, həmçinin daha bir dəfə “Neftçi” 3 səddini aşa bilib.

Azərbaycan çempionatında mövsüm ərzində orta hesabla ən çox qol vuran 5 komanda

1. “Neftçi” (1996/97) – 3,27

2. “Şəmkir” (2000/01) – 3,10

3. “Neftçi” (1992) – 3,06

4. “Kəpəz” (1994/95) – 2,95

5. “Xəzər” S (1992) – 2,94

Qeyd: orta göstərici hesablanarkən texniki nəticə ilə başa çatan oyunlar və belə matçlardakı top fərqi nəzərə alınmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail