AFFA italiyalı baş məşqçini Bakıya gətirib

09.07.2020 | 3130 dəfə oxunub

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi bilinmək üzrədir. Stadium.Az xəbər verir ki, böyük ehtimalla bu, italiyalı mütəxəssis Canni de Byazi olacaq.

Çünki Canni de Byazi artıq Bakıdadır. Aldığımız məlumata görə, AFFA rəhbərliyi mütəxəssisi özəl təyyarəylə Bakıya gətirib.

Məsələylə bağlı İtaliya mətbuatına danışan Canni de Byazi də ölkəsində deyil, başqa yerdə olduğunu açıqlayıb və az da olsa millimizin baş məşqçisi olacağını təsdiqləyib:

"Hazırkı vəziyyət barədə heç nə bilmirəm. Özüm də İtaliyada deyiləm .Sabah AFFA-nın videokonfrans formatında iclası olacaq. Qərar verildikdən sonra mənimlə əlaqə saxlanılacaq. Hazırki vəziyyətdə heç bir informasiyaya malik deyiləm. Bildiyim tək odur ki, yalnız 2 namizəd var. Eşitdiyim qədər namizədlərdən biri mən, biri isə yerli mütəxəssisdir. Bəlkə də bu şaiyədir, lakin məndə bu cür məlumat var. Hazırda AFFA-nın qərarını gözləyirəm”.

Göründüyü kimi sabah millimizin baş məşqçisinin kimliyinə aydınlıq gələcək və böyük ehtimalla bu, elə Canni de Byazi olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə