Roy Kinin hansı şərtləri AFFA-nı razı salmayıb?

10.07.2020 | 6677 dəfə oxunub

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədliyi məsələsi üzərində ciddi müzakirə getməyib.

Bu barədə milli assosiasiyanın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, səbəb irlandiyalı mütəxəssisin irəli sürdüyü şərtlər olub: "Kinin həm maliyyə tələbi yüksək idi, həm də o, Azərbaycana yalnız yığmanın toplanışından-toplanışınadək gəlmək istəyirdi. Yəni Bakıda qalmaq niyyətində deyildi. Bu səbəbdən onun məsələsi çox da müzakirə olunmadı".

Sadıqov bildirib ki, millinin yeni baş məşqçisi seçimi italiyalı Canni De Byazi ilə yerli mütəxəssis Arif Əsədov arasında aparılıb. İcraiyyə Komitəsi üzvlərindən 8-i De Byazinin, 5-i isə Arif Əsədovun lehinə səs verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail