Azərbaycanlı oğlu rəsmən Ermənistan yığmasında!

25.02.2012 | 6583 dəfə oxunub

Bir neçə gün öncə atası azərbaycanlı olan Norair Məmmədov haqqında geniş yazı hazırlamışdıq. Həmin yazıda atası azərbaycanlı, anası erməni olan, damarlarında azərbaycanlı qanı axan bir gəncin Ermənistan milli komandasına namizədlər arasında olduğunu yazmışdıq. Stadium.az xəbər verir ki, qorxduğumuz başımıza gəldi. Düşmən ölkədə uzun müddətdir ki, müzakirə olunan məsələ öz həllini onlar üçün müsbət, bizim üçün isə biabırçı müstəvidə tapdı. Bundan sonra, Ermənistan millisində “Mamedov” və ya Məmmədov soyadlı futbolçu çıxış edəcək.

Belə ki, Ermənistan milli komandasının baş məşqçisi Vardan Minasyan budəfəki heyətə türk əsili Araz Özbilislə yanaşı, Norair Məmmədovu da dəvət edib. Məmmədov Kiprdə keçiriləcək təlim məşq toplanışında iştirak edəcək. Hücumçu fevralın 28-29-da müvafiq olaraq, Serbiya və Kanadaya qarşı oynamaq imkanına malikdir. Hollandiyada “Zvolle” klubunda çıxış edən Məmmədov ilk dəfədir ki, milliyə dəvət alır.

Norairin atası hazırda Azərbaycanda yaşayır.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail