Ansi Aqolli: “Qarabağ” Azərbaycan torpağıdır. Nə olursa-olsun, həmişə belə olacaq"

21.07.2020 | 5013 dəfə oxunub

“Bir çox insan həyatını vətən üçün qurban verir. Bu səbəbdən, onlar yaddaşlarda əbədi qalırlar”.

Bu fikirləri  “Qarabağ” klubunun sabiq futbolçusu Ansi Aqolli son günlər Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələr barədə danışarkən deyib.

38 yaşlı albaniyalı müdafiəçi həyatlarını itirən əsgərlərin ailələrinə başsağlığı verib. Təcrübəli futbolçu Qarabağ haqqında da danışıb:

“Qarabağ” Azərbaycan torpağıdır. Nə olursa-olsun, həmişə belə olacaq. Mən Azərbaycan xalqına, xüsusən, ağdamlılara əmin-amanlıq və sülh arzulayıram. Bir gün onlar evlərinə qayıdacaqlar və o gün tezliklə gələcək”.

Ansi Aqolli Albaniya millisində oynadığı vaxt 2015-ci ildə AVRO-2016-nın seçmə mərhələsində Yerevanda Ermənistana 3:0 hesabı ilə qalib gəldikləri matçdan öncə bütün Azərbaycan xalqına salam göndərib.

2012 – 2019-cu illərdə “Qarabağ”da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail