Bəxtiyar Soltanov: "Orada hər oyun 6 xal dəyərindədir"

27.02.2012 | 4599 dəfə oxunub

"Qarabağ" klubunun hücumçusu Bəxtiyar Soltanov xoş oyunu ilə diqqəti cəlb edir. Stadium.az xəbər verir ki, 22 yaşlı forvard klubun rəsmi saytına açıqlamasında həm "Qarabağ"ın, həm də öz çıxışını dəyərləndirib:

"Qış fasiləsində yaxşı hazırlaşmışdıq. Keçirilən təlim-məşq toplanışı zamanı güclü rəqiblərlə oynamışdıq. Özümüzə inam yaranmışdı. "Bakı" ilə ilk oyunda çoxları hesabın gözlənilməz olduğunu söyləyirlər. Amma biz öz oyunumuzu tapanda, meydan pis olsa belə, qələbələr qazanmağımız çətin deyil. Həmin oyunda hesab daha da böyük ola bilərdi. Amma əsas odu ki, hər kəs oynadığımız futboldan zövq ala bildi.

Hər halda olduqca güclü komandaya qarşı oynayırdıq. Biz onları zəif olduqları üçün deyil yaxşı oynadığımız üçün uda bildik. "Kəpəz"lə oyun daha çətin keçdi. Çünki, 2-ci top heç cür qapıdan keçmirdi, üstəlik, gəncəlilər sona qədər döyüşdü. Əsas odu ki, 3 xalı qazana bildik. Bizdə meydana kimin çıxmasının önəmi yoxdu. Əlbəttə, hamı ilk "11"likdə olmaq istəyir. Amma komanda üçün ən yaxşısını baş məşqçi bilir.

Qurban müəllim mənə şans verəndə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Baş məşqçimiz hamıdan maksimum yararlanmaq istəyir. Vaqifin gəlişiylə rəqabət güclənib. Amma bu, bizim xeyrimizədi. Yenidən milliyə dəvət almağım məndən asılı deyil. Təbii ki, hamı əsas komandanın formasını geyinmək istəyir. Qarşıdan 2 "ev" oyunu gəlir. Çalışmalıyıq ki, AZAL və "Simurq"la oyunlardan 6 xal götürək. Bu halda medallar uğrunda mübarizəyə qoşula bilərik. Amma son 2 oyunumuz heç də asan olmayacaq. "Altılıq" haqda danışmaq hələ tezdi. Orada hər oyun 6 xal dəyərindədi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail