"Bakı"nın üzvü: "Milli komandada oynamaq böyük şərəfdir"

28.02.2012 | 10001 dəfə oxunub

"Bakı"nın əsas komandasında debüt edən 18 yaşlı hücumçu Tural Qürbətov klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

 
- Tural, öncə futbola gəlişin barədə danışardın...
- Uşaqlıqda futbola çox böyük həvəsim var idi və həyətdə uşaqlarla futbol oynamağı çox sevirdim. Helə oldu ki, bir dostum oyunumu görüb,  məni o vaxt “Şəfa” klubunun aşağı yaş qrup komandasına yazdırdı və 5 ay orada  oynadım.  2004-ci ildə  “Azəri” klubuna keçdim.
 
- Necə oldu ki, “Bakı” klubuna gəldin?
- 2008-ci ildə “Azəri” klubu dağılandan sonra “Bakı” U-17 komandasının çalışdırıcısı Məqsəd Yaqubəliyev məni  bura cəlb etdi. Onun rəhbərliyi altında bir müddət oynadıqdan sonra Nazim Suleymanov məni əvəzedici heyətə dəvət etdi. Sonradan isə bu vəzifəyə Qəhrəman Əliyev təyin olundu və biz əvəzedicilər arasında Azərbaycan çempionu adını qazandıq.
 
- Bundan sonra əsas heyətə cəlb olundun...
- Bəli, çempion olduqdan sonra əsas heyətə beş futbolçu cəlb olundu və bu beş futbolçu arasında mənim də adım var idi.
 
- Sənin üçün əsas heyətdə çıxış etmək necə hisslərlə yadda qalır?
- Əlbəttə bu çox sevindirici bir haldır, hər bir gənc  futbolçunun arzusudur ki, əsas heyətdə çıxış etsin. Bu bizim üçün bir fürsətdir, öz növbəmizdə çalışmalıyıq ki, bu fürsətdən maksimum yararlanaq və özümüzü yaxşı tərəfdən göstərək və  Azərbaycan futboluna xidmət edək.
 
- Bəs, milli komandaya necə dəvət aldın?
- Bəli, keçən il məni Azərbaycanın U-19 milli komandasına çağırdılar və Avropa çempionatında iştirak etdim. Millinin heyətində çıxış etmək mənim üçün böyük şərəfdir.
 
- Antalyada “Bakı”nın qış təlim-məşq toplanışında iştirak etmisən...
- Qış hazırlığı çox yaxşı keçdi. Bizə klub rəhbərliyi tərəfindən hər bir şərait yaradılmışdı. Antaliyada beş yoxlama oyunu keçirdik. Bu oyunlarda baş məşqçimiz Aleksandr Starkov biz gənclərədə şans verdi.  Məğlub olsaq da,əvəzsiz təcrübə qazandıq.
 
- “Simurq”la oyunda baş məşqçi sənə ilk dəfə etimad göstərdi, bu oyun necə yadda qalıb?
- Çox sevinirəm ki, baş məşqçi bu oyunda məni meydana buraxdı. Çalışdım ki, bunun təsadüf olmadığını sübut edim. Oyun çox maraqlı keçdi və sonda gülən tərəf biz olduq. Sevinirəm ki, debüt oyunumda komandamız qələbə qazandı.
 
- Növbəti turda “İnter” lə qarşılaşacaqsınız. Komandanın hazırlığı necə keçir və bu oyunda meydana çıxmaq şansın varmı?
- “İnter” klubu Azərbaycanın ən güclü klublarından biridir və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Biz bu oyuna çox ciddi hazırlaşırıq və meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq.  Əgər baş məşqçimiz mənim oynamağımı məsləhət bilsə, çalışacağam ki, bu etimadı doğruldum. Başda Hafiz Məmmədov olmaqla klub rəhbərliyinə gənc futbolçulara dəstəyə və ən yüksək şəraət yaratdıqlarına görə minnətdarlığımızı bildirirəm. Biz də öz növbəmizdə çalışmalıyıq ki, layiqli oyunumuzla onları sevindirək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail