Aftandil Hacıyev: "Rauf Əliyevi meydana buraxanda risk etdik"

22.08.2020 | 6390 dəfə oxunub

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 1-ci turunda “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
 
Stadium.Az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Uzun müddətdən sonra çempionatın bərpası hamını sevindirir. Futbolçular meydanda göstərdilər ki, matç üçün darıxıblar. Qarşılaşmanın favoriti rəqib idi. İlk hissədə yaxşı oynaya bilmədik, ikinci yarıda isə qol epizodları yarada bildik, amma bu yetmədi. "Neftçi" qələbəyə layiq idi. İkinci tura kifayət qədər vaxtımız var. Heyəti gücləndirməliyik, bəzi çatışmazlıqlar var. Bəzi oyunçular komandamızdan ayrılıb, bu gözlənilməz oldu. Çalışacağıq ki, bundan sonra kollektivdə rəqabəti artıraq. "Neftçi"ni təbrik edirəm.
 
Rauf Əliyevi meydana buraxanda risk etdik, təhlükəli idi. Hələ də dizində zədəsi var. Buraxdığımız qolda tək Ruslan Hacıyevin yox, digər oyunçuların da səhvi oldu. "Neftçi"nin hücum xəttində təhlükəli futbolçuları var.
 
Geniş heyətimiz yoxdur, çalışdıq ki, meydana cavan və təcrübəli futbolçulardan ibarət heyət buraxaq. Futbolçulardan razıyam, amma qələbə olsaydı, daha yaxşı olardı. Hədəf hər zaman olmalıdır, hər məşqçinin və idmançının hədəfi olmalıdır. Meydana çıxırsansa, xal qazanmaq istəyirsən. Reallıq da hər zaman özünü biruzə verir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail