Ayxan Abbasov: "Son dəqiqələrdə yorğunluq oldu"

22.08.2020 | 6253 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında qarşılaşma haqda danışıb, jurnalistlərin suallarını cavablandırıb: 

- Futbol üçün darıxmışdıq. Qalib də gələ bilərdik, amma sonda məğlub olduq. Bəlkə də, ədalətli nəticə bərabərlik idi. Futbolçularım bacardıqlarını etdilər. Bəzi futbolçuların gec qoşulmağı bizi bir az geriyə saldı. Vaxtımız azdır, qarşıdakı Avroliqa oyununa hazırlaşacağıq. Qarşıda bizi böyük işlər gözləyir. Komandada yeni futbolçular çoxdur. Səbrli olub, işimizi davam etdirəcəyik.
 
- Bir neçə gün əvvəl yoxlama oyununda "Zirə"yə qarşı yaxşı oyun nümayiş etdirmişdiniz. Amma bu gün komanda bir az zəif idi...

- "Zirə" ilə yoxlama oyunu idi. Həmin matç bizi aldatmalı deyil. Bu gün rəqibimizin "Keşlə" olduğunu unutmayaq. Məncə, bu gün o qədər də pis oynamadıq. Bizə vaxt lazımdır, qısa zamanda nəsə əldə etmək çox çətindir.
 
- Rəhim Sadıxovun penalti epizodunda qərar verə bilmirdiniz?

- Ötən il penalti vuranlarımız indi komandada deyil. Hazırda penalti vuranlarımızdan biri Rəhimdir. Futboldur, belə şeylər olur. Bilirəm ki, o da qol vura bilmədiyi üçün məyus oldu. Bəlkə qol olsa, fərqli olardı.
 
- Görünən odur ki, komandanın oyunçu potensialı bundan artığını edə bilmir...

- Əlbəttə, futbolda reallıq var. Biz söz verməmişik ki, bu yeri tutacağıq, bunu edəcəyik. Heyətimizdə gənc futbolçular var, onların da qarşısını almaq istəmirik. Düzdür, nəticə istəyirik. Amma digər klubların şansı var ki, legioner gətirsin, nəsə etsin. Bizim klubun strategiyası başqadır. Biz reallığı görürük və hansı yola çıxdığımızı bilirik. Səbrli olub, pillə-pillə inkişaf etməliyik. Bu gün bizim yolumuz tam başqadır. Bir oyunla qərar vermək düz deyil. Böyük ölçüdə götürsək, biz bu gün zəif oynamamışıq. Bizim hədəfimiz var. O demək deyil ki, biz gəncləri oynadıb, uduzmağa razıyıq. Biz mübarizə aparacağıq. Bu gün "Keşlə" bizdən 3 baş üstün olsaydı, sizlə razı olardım.
 
- Son dəqiqələrdə qolun gələcəyi hiss olunurdu. Bunun qarşısını almağa nə mane oldu?

- Son dəqiqələrdə yorğunluq oldu. Bu tempə uyğunlaşmaq çətindir. Bu gün bir az soyuqqanlılıqda və təcrübədə uduzduq.
 
- Rəqibi nə zaman təhlil edəcəksiniz?

- Sabahdan futbolçuları Avroliqa matçına hazırlayacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail